\
30 Sentyabr 2024 - Bazar ertəsi

Meksikada atışma, səkkiz nəfər ölüb

Meksikada atışma, səkkiz nəfər ölüb
1369baxış

Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Kamargo rayonunda iki cinayətkar qrup arasında baş verən atışmada azı səkkiz nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə “El Universal” xəbər verib.

Qeyd olunub ki, hadisə yerində yandırılmış yeddi zirehli avtomobil tapılıb.

İlkin məlumatlara görə, qətllərdə “Şimal-Şərq Karteli” mütəşəkkil cinayətkar qrupunun əli ola bilər.

Federal və ya regional səlahiyyətlilər məlumatlara hələ münasibət bildirməyiblər.