\
30 Sentyabr 2024 - Bazar ertəsi

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatları açıqlanıb

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatları açıqlanıb
1372baxış

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatları açıqlanıb.

Mediapress.az-ın xəbərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağ bölgəsi və ətraf rayonlarda 14 çay, 9 su anbarı mövcuddur:

"Araz çay, Bərgüşad çay, Tərtər çay, Hərkəri çay, Oxçu çay, Lev çay, Zabux çay, Tutqun çay, Turağay çay, Bəsit çay, Qarqar çay, Quru çay, Xaçın çay və Köndələn çayı Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçın çay, Aşağı Köndələn çay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbrları yerləşir. Anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetrdir), çaylardan ən böyüyü isə Araz çayıdır (1072 kilometrdir)", - o vurğulayıb.

V.Kərimov deyib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühim əhəmiyyət daşıyır.