\
30 Sentyabr 2024 - Bazar ertəsi

Füzulidə su anbarına 1500 balıq körpəsi buraxılacaq

Füzulidə su anbarına 1500 balıq körpəsi buraxılacaq
1337baxış

"Füzuli rayonunda yerləşən “Köndələnçay-1 su anbarı”na ümumilikdə 1500 balıq körpəsi buraxılacaq".

Mediapress.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, balıqlardan 1000-ni çəki kimi, və 500-ü ağamur balıq körpələridir:
"Bu proses işğaldan azad olunan ərazilərdəki su hövzələrində balıqların təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".