\
30 Sentyabr 2024 - Bazar ertəsi

Azərbaycanda ƏDV-nin artım tempi qeyri-neft ÜDM-ni 5%-ə yaxın üstələyib

Azərbaycanda ƏDV-nin artım tempi qeyri-neft ÜDM-ni 5%-ə yaxın üstələyib
1379baxış

Bu ilin yanvar-mart aylarında vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur.

Mediapress.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xİdmətindən bildirilib.

Məlumata görə, qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, topraq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 % üstələyib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 %-ə, mənfəət vergisi üzrə 29,1 %-ə, gəlir vergisi üzrə 18,1 %-ə, aksizlər üzrə 6,2 %-ə qalxıb. Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.

Bu ilin birinci rübündə qeyri-neft-qaz sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Qeyri-neft-qaz sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 % üstələyib. Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 %), sənaye sektorunda (23,1 %), xidmət sektorunda (15,7 %), ticarət sahəsində (2,5 %), digər fəaliyyət sahələrində (6,6 %) qeydə alınıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.