Azad Rəhimovun vəziyyəti ağırlaşdı
1442
ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Mediapress.az-a məlumat verib.
O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.