"Azərbaycanla işlərimizi genişləndirəcəyik" - İsrail rəsmisi
1385
İsrailin xarici işlər naziri Qabi Aşkenazi, "biz Azərbaycanla mühüm münasibətlərin inkişafı üzərində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik", - deyə bildirib.
"Azərbaycan İsrailin dövlətinin müttəfiqi, dostu və enerji resurslarlarının ən böyük təchizatçısıdır".
Qeyd edək ki, dünən ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclası keçirilib.
Azərbaycan 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir.