\
30 Sentyabr 2024 - Bazar ertəsi

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib
1399baxış

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri aprelin 29-u yerli vaxtla saat 20:00-dan etibarən sərhəd bölgəsində atəşkəs elan edilməsi barədə razılığa gəliblər.

Mediapress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici işlər nazirləri (Ruslan Kazakbayev və Sirociddin Muhriddin) arasında aparılan bir neçə danışıq nəticəsində saat 20:00-dan etibarən tam atəşkəs elan olunması və hərbi qüvvələrin əvvəlki yerləşmə mövqelərinə geri çəkilməsinə dair razılaşma əldə edilib”, - məlumatda deyilir.

Qırğızıstan və Tacikistan həmçinin cümə axşamı münaqişənin yaşandığı sərhəd bölgəsində birlikdə patrul xidməti aparmaq və monitorinq həyata keçirmək qərarına gəlib.