\
30 Sentyabr 2024 - Bazar ertəsi

Azərbaycan Kuboku: Finalda növbəti Abbasov - Qurbanov qarşıdurması

Azərbaycan Kuboku: Finalda növbəti Abbasov - Qurbanov qarşıdurması
1396baxış

"Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasovla "Keşlə"də eyni vəzifəni tutan Sənan Qurbanov yenidən futbol üzrə Azərbaycan Kubokunun finalında üz-üzə gələcəklər.

Mediapress.az-ın məlumatına görə, 2019/2020 mövsümündə ölkə kuboku uğrunda yarışın 1/4 finaldan sonra dayandırıldığını və bərpa olunmadan başa çatdırıldığını nəzərə alsaq, bu, sözügedən mütəxəssislərin ardıcıl 2-ci qarşıdurması olacaq.

Onlar daha əvvəl 2018/2019 mövsümünün finalında rəqib olublar. Həmin vaxt Qurbanov "Qəbələ"nin sükanı arxasında idi. Naxçıvanda keçirilmiş görüşdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar" kuboka sahib çıxmışdılar.

Qeyd edək ki, yarımfinalda "Sumqayıt" "Qarabağ"ı, "Keşlə" isə "Zirə"ni mübarizədən kənarlaşdırıb. Final görüşü mayın 24-də "Bank Respublika Arena"da gerçəkləşəcək.