\
12 May 2021 - Çərşənbə

Zərdabda daha 2 məktəb distant təhsilə keçir

Zərdabda daha 2 məktəb distant təhsilə keçir
1147baxış

 

Zərdab rayonunda daha 2 məktəb distant təhsilə keçir.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu barədə Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzi qərar qəbul edib.

GEM-dən bildirilib ki, rayonun şəhər 3 saylı məktəbi və Qaravəlli kənd orta məktəbində şagird və müəllimlərdə karonavirus infeksiyası aşkarlanması səbəbindən əyani təhsil dayandırılıb:

"Müvəqqəti olaraq təhsil ocaqları distant təhsilə keçir. Bundan başqa, hər iki məktəbdə dezinfeksiya işləridə həyata keçriləcək".

Qeyd edək ki, bir müddət öncə rayonun Məlikmudlu və Çallı kənd orta məktəbləridə şagird və müəllimlərdə karonavirus infeksiyası aşkarlanması səbəbindən hər iki məktəb distant təhsilə keçmişdi