Biləsuvarda yol polisi reyd keçirib
1504
Biləsuvar rayonunda yol polisi reyd keçirib.
“Report”un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə reyd keçirilib.
Reyd nəticəsində 10 piyada məsuliyyətə cəlb edilib.