Azərbaycanda "AstraZeneca" peyvəndinin tətbiqinə başlanılır
1449
Bu gündən Azərbaycanda koronavirus (COVID-19) infüksiyasına qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan "AstraZeneca" vaksininin tətbiqinə başlanılır.
Peyvənddən 60 və daha yuxarı yaşlı şəxslərin vaksinasiyası zamanı istifadə olunacaq. Peyvənd Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.
Qeyd edək ki, “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza "AstraZeneca" peyvəndi gətirilib.