\
30 Sentyabr 2024 - Bazar ertəsi

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
1413baxış

Türkiyədə son sutka ərzində 340 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 25 min 980 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 875 min 388, pandemiya qurbanlarının sayı isə 40 min 844 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 480 min 381 pasiyent (son sutkada 75 min 182 nəfər) sağalaraq evə buraxılıb.