\
30 Sentyabr 2024 - Bazar ertəsi

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb - RƏSMİ AÇIQLAMA

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb - RƏSMİ AÇIQLAMA
1414baxış

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev Mediapress.az-a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

"Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib".

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.