Rəşad Nəbiyev ABŞ səfiri ilə kibertəhlükəsizliyi müzakirə edib
1449
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.
Mediapress.az xəbər verir ki, bu barədə nazir “Tvitter” hesabında yazıb.
“Əqli mülkiyyət hüquqlarına, kibertəhlükəsizliyə, innovasiyalara dair fikir mübadiləsi apardıq” deyə, o qeyd edib.