Marketlərdəki çipsiləri əzən general oğlu imiş... - Foto
1541
Bakıda marketdə çipsi əzib, video çəkən Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.
Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.
Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.
Mediapress.az