\
30 Sentyabr 2024 - Bazar ertəsi

AFFA İntizam Komitəsinin qərarları açıqlandı

AFFA İntizam Komitəsinin qərarları açıqlandı
1417baxış

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Mediapress.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın XXV turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

XXV turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Sumqayıt” klubunun 5 nömrəli futbolçusu Cəmaləddin Xocaniyazov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;

I Divizionun XXIV turunun “Sumqayıt-2” – “Zaqatala” oyununda “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Oyundan sonra “Sumqayıt-2” klubunun 88 nömrəli futbolçusu Cavid Quliyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

Oyundan sonra “Zaqatala” klubunun 4 nömrəli futbolçusu Kənan Müslümov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

Oyundan sonra “Zaqatala” klubunun 15 nömrəli futbolçusu Firuddin Mövsümov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur;

“Sumqayıt-2” – “Zaqatala” oyununda diktor əsasnamə tələblərini yerinə yetirmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

XIV turun “Sabah-2” – “Keşlə-2” oyununda görüş öncəsi “Keşlə-2” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur;

XXIV turun “Turan Tovuz” – “Neftçi-2” oyununda görüş öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

“Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

XXIV turun “Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Qaradağ Lökbatan” klubunun 16 nömrəli futbolçusu Cavid Nəcizadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Qaradağ Lökbatan” – “Sabah-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə” – “Keşlə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 12 nömrəli futbolçusu Lazar Corceviç “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, 3200 manat cərimə olunur;

“Zirə” klubunun 2 nömrəli futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olmasına görə 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

“Zirə” klubunun məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur;

“Zirə” – “Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunur;

“Zirə” – “Keşlə” oyunundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur;

“Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun rəsmi şəxsi Miloş Jevtic təhqiredici hərəkətə görə qırımızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimələnir (araşdırma bitmişdir).