\
30 Sentyabr 2024 - Bazar ertəsi

Müəllimlərin yerinin dəyişdirilməsi barədə suallar vatsapda cavablandırılacaq

Müəllimlərin yerinin dəyişdirilməsi barədə suallar vatsapda cavablandırılacaq
1403baxış

"Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib".

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

O, qeyd edib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

"Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər", - nazirlik rəsmisi əlavə edib.