AQTA tibb müəssisələrində yoxlamalara başladı
1485
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində xəstələrin qidalanma rejiminin təşkili, təmin olunan ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar–gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının qiymətləndirilməsi məqsədilə cari ilin aprel ayından etibarən yoxlamaların həyata keçirilməsinə başlanılıb.
Bu barədə Mediapress.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.