\
20 Iyun 2021 - Bazar günü

Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət ediblər

Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət ediblər
1271baxış

Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə "Ağoğlan" məbədini ziyarət ediblər.

Mediapress.az-ın Laçın rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı ərəfəsində monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.

Beləliklə, qədim Alban kilsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarəti reallaşıb.

Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.

Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.