\
20 Iyun 2021 - Bazar günü

Gürcüstan İsraildə gərginliyin azaldılmasına çağırıb

Gürcüstan İsraildə gərginliyin azaldılmasına çağırıb
1288baxış

“Gürcüstan hökuməti İsraildə baş verənləri yaxından izləyir”.

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Gürcüstan daha geniş bölgədə sülh və sabitliyi pozan mülki şəxslərə qarşı zorakılıqları və raket hücumlarını qətiyyətlə pisləyir.

“Bölgədə gərginliklərin deeskalasiyasına alternativ yoxdur”, - XİN başçısı qeyd edib.