\
24 Aprel 2024 - Çərşənbə

İlham Əliyev Şuşada kövrəldi

İlham Əliyev Şuşada kövrəldi
4066baxış

Xəbər verdiyimiz kimi, bu gün Şuşada, Cıdır düzündə  "Xarıbülbül" musiqi festivalı davam edib.

Virtualaz.org-un tədbirdə iştirak edən müxbiri bildirir ki, festival çərçivəsində keçirilən qala-konsert zamanı Ümummilli Lider Heydər Əliyevin Şuşaya həsr olunmuş çıxışının videokadrları nümayiş etdirilib. Bu kadrlar Prezident İlham Əliyevi kövrəldib.

Sonra Prezident İlham Əliyevin Vətən müharibəsində qələbədən sonra Azərbaycan xalqına müraciətindən bir parça nümayiş etdirilib.

"Mən xoşbəxt bir insanam, çünki atamın vəsiyyətini yerinə yetirdim. Biz Şuşanı azad etdik. Bu, böyük qələbədir. Bu gün şəhidlərimizin, Ümummilli Liderimizin ruhu şaddır. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"- dövlət başçısı həmin çıxışında bildirib.

Video gurultulu və uzun sürən  alqışlarla qarşılanıb.

 

**12:55

Şuşada "Xarı Bülbül" musiqi festivalı bu gün, mayın 13-də də  davam edir.

Virtualaz.org-un Şuşada olan müxbiri bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar festivalda iştirak edirlər.

Səhnədə Azərbaycan simfonik musiqisi səslənir, musiqi sənətinin tanınmış xadimləri çıxış edirlər.