\
30 Sentyabr 2024 - Bazar ertəsi

Hindistanda çay sahilində yüzlərlə meyit aşkarlandı

Hindistanda çay sahilində yüzlərlə meyit aşkarlandı
1447baxış

Hindistanın hakimiyyət orqanları hindilər üçün müqəddəs sayılan Qanq çayı sahilində basdırılmış yüzlərlə meyit aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” bildirib.

Qeyd edilir ki, hadisə Uttar-Pradeş ştatında baş verib. Çayın Pryaqrac şəhərindəki sahilində 300 meyitin dəfn edilməsi aşkar olunub. Rəsmi şəxslər hesab edir ki, ölənlər COVID-19 qurbanlarıdır.

Polis zabiti Kumar Sinqx bildirib ki, hakimiyyət orqanları bu ərazini COVID-19 qurbanlarının kremasiyası yeri kimi müəyyənləşdirib. O, qeyd edib ki, vətəndaşlara dünyasını dəyişmiş yaxınlarını çayın sahili boyunca dəfn etmələri qadağan olunacaq.

Qeyd edək ki, bu, Hindistanda koronavirus qurbanlarının qeyri-adi dəfni ilə bağlı qeydə alınan ilk belə hadisə deyil. Mayın 10-da Qanq çayında koronavirusdan öldüyü güman edilən onlarla insanın meyiti tapılıb.