\
30 Sentyabr 2024 - Bazar ertəsi

Roma Papası Fələstin və İsraili sülhə çağırdı

Roma Papası Fələstin və İsraili sülhə çağırdı
1480baxış

Roma Papası Fələstin və İsraili sülhə çağırdı

Roma Papası Fransisk Fələstinlə İsrail arasında yenidən alovlanan qarşıdurmaya münasibət bildirib. Papa tərəfləri sülhə çağırıb.

"Əmin-amanlığa cavabdeh olanları silah səslərinə son qoyub, sülh yolunu seçməyə çağırıram. Uşaqlar da daxil olmaqla, bir çox günahsız insan öldü. Bu, dəhşətlidir. Qəbul edilə bilməz. Onların ölümü gələcəyi qurmaq yox, məhv etmək iradəsinin göstəricisidir. Nifrət və intiqamın hara qədər davam edəcəyinə təəccüb edirəm", – Papa Fransisk vurğulayıb.