\
30 Sentyabr 2024 - Bazar ertəsi

Efiopiyada parlament seçkilərinin vaxtı yenə dəyişdi

Efiopiyada parlament seçkilərinin vaxtı yenə dəyişdi
1418baxış

Efiopiyada iyunun 5-ə nəzərdə tutulmuş parlament seçkiləri yenidən təxirə salınıb.

Bu barədə Afrika ölkəsinin Milli Seçki Komissiyasının başçısı Birtukan Mideksaya istinadən FANA telekanalı bildirib.

Komissiya rəhbərinin sözlərinə görə, qərar seçicilərin qeydiyyatda yubanmaları fonunda qəbul edilib.

"Seçkilərin yeni tarixi üç həftə ərzində elan olunacaq", - Mideksa vəd verib.

Efiopiyada parlament seçkiləri 2020-ci ilin avqustunda keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə səsvermələrin vaxtı 2021-ci ilin iyununa keçirilib.

Efiopiyada seçki prosesinə etnik münaqişələr də təsir göstərir.