\
30 Sentyabr 2024 - Bazar ertəsi

Ağstafada qadını qətlə yetirən şəxs tutuldu

Ağstafada qadını qətlə yetirən şəxs tutuldu
1525baxış

Ağstafada qətl törədən şəxs saxlanılıb.

Mediapress.az-ın xəbərinə görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat nəticəsində rayonun Köçəsgər kənd sakini Çiçək Əkbərovanı öldürməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tural Məmmədov tutulub.

T.Məmmədovun Ç.Əkbərovanın qohumu olduğu bildirilir.

Məlumata görə, o, qadını öldürdükdən sonra evi qarət edib. T.Məmmədov mənzildən Ç.Əkbərovaya məxsus 1 cüt sırğa aparıb.

Faktla bağlı araşdırma aparılır.