\
30 Sentyabr 2024 - Bazar ertəsi

Bu il Azərbaycan xaricə 7 milyon dollarlıq neft koksu satıb

Bu il Azərbaycan xaricə 7 milyon dollarlıq neft koksu satıb
1750baxış

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 119 min ton neft koksu ixrac edib.

Mediapress.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 7,1 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,1 % olub.