\
30 Sentyabr 2024 - Bazar ertəsi

Azərbaycan ipək ixracını 33 dəfəyə yaxın artırıb

Azərbaycan ipək ixracını 33 dəfəyə yaxın artırıb
1432baxış

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5 min ABŞ dolları dəyərində ipək idxal edib.

Mediapress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 min ABŞ dolları (5 dəfə) azdır.

Dörd ay ərzində Azərbaycanın ipək ixracının dəyəri isə 918 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 890 min ABŞ dolları (32,8 dəfə) çoxdur.

Hesabat dövründə ipək üzrə idxal Azərbaycanın ümumi idxalının 0 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.