\
30 Sentyabr 2024 - Bazar ertəsi

Azərbaycan plastmasa ixracının həcmini 2 dəfə artırıb

Azərbaycan plastmasa ixracının həcmini 2 dəfə artırıb
1393baxış

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 107,735 milyon ABŞ dolları dəyərində plastmasa və onlardan hazırlanan məmulatlar idxal edib.

Mediapress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,732 milyon ABŞ dolları (5,12 %) azdır.

Dörd ay ərzində Azərbaycanın plastmasa və onlardan hazırlanan məmulatlar ixracının dəyəri isə 122,903 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 62,421 milyon ABŞ dolları (2 dəfə) çoxdur.

Hesabat dövründə plastmasa və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 3,05 %-ni, ixrac isə ümumi ixracın 1,93 %-ni təşkil edib.