\
30 Sentyabr 2024 - Bazar ertəsi

Yutubun işində nasazlıq yaranıb

Yutubun işində nasazlıq yaranıb
1439baxış

Dünyanın bir sıra ölkələrində “YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.

Mediapress.az xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” portalı məlumat yayıb.

Xidmətin istifadəçiləri (73%) daha çox videolara baxışlarda problemlərin yaranmasından şikayət edirlər.

İstifadəçilərin 20%-i hostinqin ümumiyyətlə işləmədyini, 6% -i isə videoları yükləməkdə problemlər yaşadıqlarını bildirirlər.