\
30 Sentyabr 2024 - Bazar ertəsi

ABŞ-da avtobusa atəş açıldı, ölənlər var

ABŞ-da avtobusa atəş açıldı, ölənlər var
1407baxış

ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.

Bu barədə “Mediapress.az” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə Oklend şəhəri ərazisində qeydə alınıb. Belə ki, magistral yolda atışma olub. Güllələrin bir çoxu sərnişin avtobusuna tuş gəlib.

Nəticədə bir neçə nəfər yaralanıb, iki qadın ölüb.

Yerli “East Bay Times” qəzetinin yazdığına görə, iki silahlı şəxs içərisində ad günü keçirən ziyafət avtobusuna 70 dəfə atəş açıb. Ən azı beş qadın yaralanıb. Yaralılar yerli xəstəxanaya yerləşdirilib.