\
30 Sentyabr 2024 - Bazar ertəsi

"River Pleyt" Libertadores Kubokunda qapıçısız oynaya bilər

"River Pleyt" Libertadores Kubokunda qapıçısız oynaya bilər
1429baxış

Argentinanın "River Pleyt" klubu Libertadores Kubokunun qrup mərhələsində Kolumbiya "Santa Fe"si ilə görüşə qapıçısız çıxa bilər.

"Report"un məlumatına görə, buna komandanın 4 qapıçısının koronavirus testinin müsbət nəticələnməsi səbəb olub.

Ümumilikdə 25 oyunçuda infeksiya aşkarlanıb. Klub Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) gənclər komandasından iki qapıçı əlavə etmək istəyi ilə müraciət edib, lakin rədd cavabı alıb.

Çünki Argentina təmsilçisi turnir başlamazdan əvvəl 50 futbolçu sifariş edə bilərdi, lakin iştirak ərizəsinə 32 oyunçunun adını daxil edib.