\
30 Sentyabr 2024 - Bazar ertəsi

Baş Prokurorluq 96 saxta COVID-19 testi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq 96 saxta COVID-19 testi ilə bağlı məlumat yaydı
1412baxış

"Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb".

Bu barədə Mediapress.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", məlumatda qeyd edilib.

Xatırladaq ki, bununla bağlı xəbəri “Report” yayıb.