\
30 Sentyabr 2024 - Bazar ertəsi

Bu il Azərbaycanda gümüş istehsalı 14 %-dən çox artıb

Bu il Azərbaycanda gümüş istehsalı 14 %-dən çox artıb
1389baxış

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 1 min 127,2 kq qızıl, 1 min 628,4 kq gümüş istehsal edilib.

Mediapress.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq ayının göstəricisindən 5,1 % az, gümüş istehsalı 14,4 % çox olub.

Bu ilin mayın 1-nə 197,8 kq qızıl, 233,5 kq gümüş ehtiyatı yaranıb.