\
30 Sentyabr 2024 - Bazar ertəsi

İlham Əliyev: "Azərbaycan pandemiya ilə mübarizədə aparıcı ölkələrdən biridir"

İlham Əliyev: "Azərbaycan pandemiya ilə mübarizədə aparıcı ölkələrdən biridir"
1409baxış

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin “Sinovac” peyvəndləri ilə təmin olunmasında göstərdiyi dəstəyə görə Çinə təşəkkür edib.

Mediapress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə danışıb.

“Xahişimiz dərhal təmin edildi və bunun sayəsində bu gün Azərbaycan bu pandemiyaya qarşı mübarizədə aparıcı ölkələr sırasındadır. Bunun sayəsində indiyədək 1,9 milyon insanı vaksinasiya edə bilmişik. Bu, ümumi əhalimizin təxminən 20 faizini təşkil edir, peyvəndlərin 99,9 faizi isə Çin peyvəndi idi”, - o deyib.