\
30 Sentyabr 2024 - Bazar ertəsi

Prezident Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib

Prezident Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib
1465baxış

Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Mediapress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı ilin mayın 20-də Yardımlı rayonunda anadan olub. Bu gün onun 75 yaşı tamam olur.

S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.