\
30 Sentyabr 2024 - Bazar ertəsi

TƏBİB: Vaksin olunan şəxslərdə mənfi hallar qeydə alınmayıb

TƏBİB: Vaksin olunan şəxslərdə mənfi hallar qeydə alınmayıb
1341baxış

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində vaksin olunan şəxslərlə bağlı mənfi hallar qeydə alınmayıb.

Bu barədə Mediapress.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 863 292, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 054 414, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 808 878 nəfər təşkil edir.