Hesablama Palatasının büdcənin icrası haqqında qanun layihəsinə rəyi Milli Məclisə daxil olub
1391
“2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi Milli Məclisə daxil olub.
Bu barədə Mediapress.az-a parlamentdəki mənbə məlumat verib.
Palatanın rəyi və “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.