\
30 Sentyabr 2024 - Bazar ertəsi

Gəncədə evdə suqızdırıcı partlayıb, xəsarət alan var

Gəncədə evdə suqızdırıcı partlayıb, xəsarət alan var
1404baxış

Gəncə şəhərində evdə suqızdırıcı partlayıb.

Mediapress.az-ın Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, mənzildə köhnəlmiş suqızdırıcı partlayıb. Bu zaman yerli sakin, 1972-ci il təvəllüdlü Sevil Əliyeva yanıq xəsarətləri alıb və o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.