\
30 Sentyabr 2024 - Bazar ertəsi

Kolumbiya Amerika Kubokunun təşkili hüququndan məhrum edildi

Kolumbiya Amerika Kubokunun təşkili hüququndan məhrum edildi
1433baxış

Kolumbiya 2021-ci ildə futbol üzrə Amerika Kuboku matçlarının keçirilməsi hüququndan məhrum olunub.

Mediapress.az xəbər verir ki, bu barədə “Marca” bildirib.

Qeyd edilir ki, yarış Argentinada keçiriləcək.

Cənubi Amerika Futbol Konfederasiyasının belə qərarının səbəbi ABŞ Dövlət Departamentinin hesabatı olub. Hesabatda siyasi qarışıqlıqlar və epidemiologiya mənzərəsinə görə Kolumbiyaya səyahətlərin təhlükəsizliyi şübhə altına alınıb.

KONMEBOL tərəfindən təşkil edilən Amerika kuboku Cənubi Amerika komandaları arasında 47-ci turnirdir. Yarış 2020-ci il iyunun 12-dən iyulun 12-ə qədər Argentina və Kolumbiyada təşkil olunmalı idi, amma onun vaxtı 2021-ci ilə keçirilib.

Yarışda 12 ölkənin yığması iştirak edəcək, onlar iki qrupa bölünüb.

Amerika Kubokunun son qalibi Braziliya yığmasıdır.