\
30 Sentyabr 2024 - Bazar ertəsi

Myanma 100 diplomatını geri çağırdı

Myanma 100 diplomatını geri çağırdı
1482baxış

Myanmada fevralın 1-də çevriliş nəticəsində hakimiyyəti ələ keçirmiş hərbi xunta ölkənin 100 xarici diplomatını geri çağırıb.

Bu barədə Mediapress.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, ölkə rəhbərliyi 20 ölkədəki, o cümlədən Böyük Britaniya, Sinqapur, ABŞ və Yaponiyadakı diplomatlarının vəzifəsindən uzaqlaşdırılması barədə tapşırığı verib. Məlumata görə, buna diplomatların hərbi xuntanın qanuniliyini tanımalarından imtina etmələri səbəb olub.

Geri çağırılan diplomatlar arasında Myanmanın BMT-dəki daimi nümayəndəsi, hərbçiləri tənqid etmiş Çjo Mu Tun da var.

Yerli KİV bildirib ki, Myanmanın xaricdəki onlarla diplomatı ölkənin hərbi administrasiyasına işləməkdən imtina edir.

Myanmanın Böyük Britaniyadakı səfiri Çjo Svar Minnə hərbçiləri dəstəkləməkdən imtina etdiyinə görə səfirliyin binasına daxil olmaq qadağan edilib.