“Gəncə Şərab-2”nin xalis mənfəəəti 27%-dən çox artıb
1803
“Gəncə Şərab-2” ASC 2020-ci ili 3,594 milyon manat xalis mənfəətlə başa vurub.
Mediapress.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 27,1% çoxdur.
Ötən il “Gəncə Şərab-2”nin vergiyəqədərki mənfəəti 4,492 milyon manat (əvvəlki ilə nsibətən 27,1% çox), mənfəət verigisi ödəmələri 898 min manat (27% çox) təşkil edib.
Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,685 milyon manatdır.