\
30 Sentyabr 2024 - Bazar ertəsi

BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur

BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur
1533baxış

Hazırda Bakının bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Mediapress.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev prospekti şəhər mərkəzi, Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətlərində müşahidə olunan sıxlıq avtobusların intervalında gecikmələrə səbəb olub.