Azərbaycan komandası Bakıdakı yarışın finalına yüksəldi
1462
Azərbaycanın 12-14 yaş qrupundan ibarət komandası Bakıdakı aerobika gimnastikası üzrə yarışın finalına vəsiqə qazanıb.
Mediapress.az məlumatına görə, Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılovadan ibarət "3-lük" təsnifat mərhələsini 17.950 xalla 6-cı sırada bitirib.
Digər üçlük (Evelina Kozlovskaya, Məryəm Topçubaşova, Fidan İbrahimova) 17,600 xalla 9-cu yeri tutub və finala yüksələ bilməyib.
Həlledici mərhələ yarışın sonuncu günündə - mayın 23-də olacaq.
Qeyd edək ki, dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edir.