\
30 Sentyabr 2024 - Bazar ertəsi

Sel Naxçıvan-Türkiyə yollarını bağlayıb

Sel Naxçıvan-Türkiyə yollarını bağlayıb
1535baxış
Bu gecə Türkiyənin İğdır bölgəsinə yağan şiddətli leysan daşqına səbəb olub və sel suları nəticəsində Türkiyə-Naxçıvan avtomobil yolu bağlanıb. Nəticədə Türkiyənin Azərbaycan, İran və Orta Asiya respublikaları ilə nəqliyyat əlaqəsi kəsilib. Türkiyə KİV xəbər verir ki, Ağrı dağı bölgəsində gecə saatlarında başlayan şiddətli leysan tezliklə sel daşqınlarına səbəb olub vəsül sularının yuyub gətirdiyi daş-çınqıl Türkiyə-Naxçıvan yolunu bağlayıb. Mediapress.az