\
30 Sentyabr 2024 - Bazar ertəsi

Türkiyədə sərnişin avtobusu aşıb: 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb: 1 nəfər ölüb, 10 nəfər yaralanıb
1491baxış

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Avtobus Siirt-dən Ankaraya gedərkən gecə saatlarında Adana yolunda idarəetməni itirərək aşıb.

Qəza nəticəsində 31 sərnişindən biri hadisə yerində dünyasını dəyişib, 10 nəfər isə yaralanıb. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Avtobusun sürücüsü saxlanılıb. İlkin ehtimala görə, sürücü sürət həddini aşıb.

Faktla bağlı araşdırma aparılır. (haberturk)