\
30 Sentyabr 2024 - Bazar ertəsi

"20 Yanvar"da quru ot sahəsi yanıb

"20 Yanvar"da quru ot sahəsi yanıb
1543baxış

Bakı şəhərinin Nəsimi rayonunda ("20 Yanvar" metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mediapress.az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.