\
30 Sentyabr 2024 - Bazar ertəsi

Gürcüstanın əsas müxalifət partiyası parlamentə daxil olmağa qərar verdi

Gürcüstanın əsas müxalifət partiyası parlamentə daxil olmağa qərar verdi
1493baxış

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) parlamentdə təmsil olunacaq.

Mediapress.az-ın yerli bürosu xəbər ki, bu barədə qərar partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.

VMHP sədri Nika Meliya bildirib ki, partiya parlament seçkilərində əldə etdiyi mandatlardan istifadə etməyə qərar verib və bu, ən doğru qərardır.

Qeyd edək ki, müxalif partiya ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımayaraq, qazandığı 30-dan çox deputat mandatından imtina etmişdi.