Jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olublar
1496
Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.
“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.
KİV nümayəndələrinə erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidəsi ilə bağlı məlumat verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Ağdama səfər edən zaman Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub. Burada İmarət barədə dövlət başçısına məlumat verilib.