\
30 Sentyabr 2024 - Bazar ertəsi

Azad olunan ərazilərdə daha 104 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 104 mina aşkarlanıb
1453baxış

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik statistikanı açıqlayıb.

ANAMA-dan Mediapress.az-a verilən məlumata görə, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 783 989 m² (178 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.