\
30 Sentyabr 2024 - Bazar ertəsi

ABŞ-Rusiya sammiti zamanı Cenevrə səması uçuşlara bağlana bilər

ABŞ-Rusiya sammiti zamanı Cenevrə səması uçuşlara bağlana bilər
1482baxış

İsveçrə ABŞ-Rusiya sammiti zamanı Cenevrə hava məkanının müşahidəsinə, həmçinin səmanın mülki aviasiya üçün mümkün bağlanmasına hazırlaşır.

AzərTAc bildirir ki, bununla bağlı tədbirləri Müdafiə, əhalinin mülki müdafiəsi və idman departamentinin rəsmi nümayəndəsi Florens Frişknext şərh edib.

“Hava məkanının müşahidəsinə hazırlıq gedir. Hazırda biz daha ətraflı məlumat verə bilmirik. Mümkün tədbirlərə hava məkanının müşahidəsi ilə yanaşı, döyüş təyyarələrinin və hava hücumundan yerüstü müdafiə vasitələrinin yerləşdirilməsi, həmçinin səmanın mülki aviasiya üçün istifadəsinin məhdudlaşdırılması daxildir”, -deyə o bildirib.

Qeyd edək ki, ABŞ-Rusiya sammiti iyunun 16-da Cenevrə şəhərində keçiriləcək.